Sabah saat 11:00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.
Qurumdan e-huquq.az-a verilən məlumata görə, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.
