Məzmuna keç

Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı yeni proqnozlarını açıqladı

"Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6%) yuxarı – 6,6-7,5% təşkil edəcəyi gözlənilir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov yanvarın 28-də keçirdiyi mətbuat konfrasında bildirib.

"Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq", – o qeyd edib.

Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb.