Məzmuna keç

Ali Məhkəmənin Cinayət kollegiyasının sədri vətəndaşları qəbul edəcək

Ali Məhkəmənin Cinayət kollegiyasının sədri vətəndaşları qəbul edəcək

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Qazaxda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Qazax Rayon Məhkəməsində (ünvan: Qazax şəhəri, Səməd Vurğun küçəsi 29) saat 11:00 başlanacaq. Vətəndaşlar qəbula Ali Məhkəmədə, Qazax Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.