Məzmuna keç

Salyanda yaşayış binasında yanğın oldu –

Salyanda yaşayış binasında yanğın olub.

Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və mebel 0,5 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.