Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb
Suraxanı rayon prokurorluğundan e-huquq.az-a bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, zəruri istintaq hərəkətləri və məhkəmə tibb ekspertizası həyata keçirilib.
Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
G.Vəlizadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.
***
20:01
Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon Prokurorluğundan e-huquq.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
