Məzmuna keç

Türkiyəli nazir: “İndiki mərhələdə Qarabağda görüləsi çox iş var”

"İndiki mərhələdə Qarabağda görüləsi çox iş var. Kənd təsərrüfatından heyvandarlığa, sənayedən yollara qədər intensiv iş və tikinti gedir".

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.

"Biz, həmçinin qarşılıqlı danışıqlar yolu ilə irəliləyişin necə olacağını, bunun müdafiə və təhlükəsizliyə təsirini müzakirə etdik", – Akar qeyd edib.