Məzmuna keç

Ermənistanda zəncirvari yol qəzası baş verib, 4 hərbçi yaralanıb

Ermənistanın Sunik rayonunda, Gorus yolunda zəncirvari qəza qeydə alınıb.

E-huquq.az bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.

Hadisə nəticəsində dörd müqaviləli hərbçi xəsarət alıb. Yaralılar Gorusda tibb mərkəzində yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar eyni avtomobildə olublar.

Faktla bağlı araşdırma aparılır.