Bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodexpo 2022” beynəlxalq qida sərgisi öz işinə başlayıb.
E-huquq.az xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti təmsil olunur.
Beynəlxalq sərgidə “Made in Azerbaijan” brendi altında təmsil olunan şirkətlərdən biri də "AZGRANATA" MMC-dir. Şirkətin istehsal etdiyi alkoqollu içkilər “Eksposentr” sərgi kompleksinin ərazisində 2-ci pavilyon, zal 3-də sərgi iştirakçılarına təqdim olunur.
Qeyd edək ki, fevralın 11-dək davam edəcək sərgidə 115 ölkədən 65 000-dən çox qida sənayesi mütəxəssisi bir araya gələcək.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə edəcəklər.
