Sabahdan bütün Çexiya ərazisində ölkənin Nazirlər Kabinetinin vətəndaşların COVID-19-la bağlı sertifikatlarına dair yeni qərarı qüvvəyə minəcək.
E-huquq.az xəbər verir ki, yeni qaydalara əsasən, indiyədək infeksiyanın yoxluğunu sübuta yetirən koronavirus əleyhinə vaksinlənmə sertifikatının təqdim edilməsi tələbi ləğv olunur. Bundan başqa, koronavirus əleyhinə bir sıra məhdudiyyətlər də ləğv olunur. Bu, Çexiya Ali İnzibati Məhkəməsinin qəti və şikayət verilə bilməyəcək qərarından sonra mümkün olub. Bundan sonra praktiki olaraq heç bir yerdə vaksinlənmə barədə sertifikat təqdim etməyə ehtiyac olmayacaq.
Lakin qapalı məkanlarda respiratorlardan məcburi istifadə, həmçinin kütləvi tədbirlərdə iştirakçıların sayında məhdudiyyət qüvvədə qalmaqdadır.
