2021-ci ildə qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5 700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 3 300-dən çox nəfər inzibati qaydada həbs olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2 600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb.
