Məzmuna keç

“SpaceX” ABŞ Kosmik Qüvvələri üçün 6 gün ərzində ikinci məxfi raket buraxılışını həyata keçirib

ABŞ-nin özəl kosmik şirkəti “SpaceX” ABŞ Kosmik Qüvvələri üçün Kaliforniya ştatından son 6 gün ərzində ikinci məxfi raket buraxılışını həyata keçirib.

E-huquq.az xəbər verir ki, “Space.com”un məlumatına görə, “SpaceX”ə məxsus “Falcon 9” raketi ABŞ Kosmik Qüvvələrinin “USSF-627” adlı məxfi missiyasını Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Bazasında yerləşən buraxılış meydançasından orbitə daşıyıb.

“SpaceX” hər iki missiyanın təfərrüatlarını açıqlamayıb. Şirkət “Falcon 9” raketlərinin birinci pillələri Yerə qayıtdıqdan sonra buraxılışla bağlı canlı yayımları dayandırıb.

Qeyd edək ki, şirkət noyabrın 6-da da eyni bazadan “USSF-432” adlı analoji missiya çərçivəsində “Falcon 9” raketini kosmosa göndərib.

Bəzi ekspertlər hesab edirlər ki, son buraxılışlar zamanı ABŞ Kosmik Qüvvələrinin dünya üzrə potensial hədəfləri izləməsinə kömək edən Kosmik Bazalı Aşkarlama və Hədəfləmə Proqramı çərçivəsində “SpaceX”in “Starshield” peykləri orbitə çıxarılmış ola bilər.

Şəbnəm Mehdizadə