Məzmuna keç

Məhkəmə yolu bağlayan sürücülərlə bağlı qərar verdi

Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüsü Elvin Məlikov və Mirələm Məmmədov barəsində inzibati qaydada həbs seçilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

E-huquq.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hər iki şəxs barəsində 30 sutka inzibati qaydada həbs seçilib.

Qeyd edək ki, onlar İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.