"Hazırda Ali Məhkəmə tərəfindən yaradılmış işçi qrup tərəfindən cinayət-prosessual qanunvericiliyinə dəyişikliklər hazırlanması məqsədilə müzakirələr aparılır. İşçi qrupun tərkibinə Ali Məhkəmənin hakimləri, Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, Ədliyyə və Daxili İşlər nazirliklərinin nümayəndələri daxildir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
O bildirib ki, Ali Məhkəmənin qəbul etdiyi yanaşmaya görə, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı hər hansı qanun layihələri birgə fəaliyyət, birgə müzakirələr nəticəsində hazırlanmasına üstünlük verilir: "Buna görə də, Ali Məhkəmənin özü qanunvericilik təşəbbüsü hüququndan çox istifadə etmir".
Mənbə: APA
