Məzmuna keç

Xocavənddə erməni hərbçisinin cəsədi tapılıb –

Bu gün daha bir erməni hərbçisinin cəsədi tapılıb.

E-huquq.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, 1 erməni hərbçinin cəsədi bu gün Xocavənd ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistana təhvil verilib.