Məzmuna keç

Ukrayna Müdafiə Nazirliyi son vəziyyətlə bağlı məlumat yaydı

Fevralın 24-də saat 05:00-dan Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəlilədiyi ərazilərdə intensiv döyüş əməliyyatları aparır. Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Əməliyyat Bölgəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə edir.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rudnya (Belarus) – Vystupovyçi (Ukrayna) istiqamətində Rusiya iki tank, zirehli transportyor və maşınlarla dövlət sərhədini keçməyə cəhd edib.

“Nəticədə düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib”, – vurğulanıb.

Qeyd edilib ki, Putivl bölgəsində Rusiya tanklarının hücumu dayandırılıb, Vışqorod səmasında qarşı tərəfin KA-52 helikopteri vurulub.

Heniçesk, Skadovsk, Çaplinka şəhərlərində, eyni zamanda, Hostomel hava limanı, eləcə də Heniçesk, Skadovsk, Çaplınka uğrunda döyüşlər gedir.