Məzmuna keç

Odessada hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22-yə çatdı

Odessa vilayətində hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər dağıntıların təhlilini başa çatdırıblar – hərbi hissəyə hərbi zərbə endirilməsi nəticəsində 22 nəfər həlak olub (11 kişi və 11 qadın).

Altı nəfər dağıntılar altından çıxarılaraq Podolski şəhər xəstəxanasına yerləşdirilib. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.