Məzmuna keç

“Bütün əsas yaşayış məntəqələrini müdafiə edilib” –

Düşmən tərəfindən yeni hücüm cəhdləri qeydə alınmayıb, bəzi istiqamətlərdə atəş aktivliyində azalma var”.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının açıqlamasında bildirilir.

"Donetsk Əməliyyat Bölgəsində vəziyyət gərgindir, lakin Birləşmiş Qüvvələr tərəfindən idarə olunur. İşğalçı Rusiya qoşunları tərəfindən atışma davam edir", – məlumatda deyilir.

Xəbərdə deyilir ki, bütün hərbi birləşmələr Rusiyanın işğalına inadla müqavimət göstərir və Ukrayna hərbçiləri misilsiz şücaət və qəhrəmanlıq nümayiş etdirirlər.

"Birgə qüvvələr Kremlin erkən hücum planını poza bilib", – məlumatda deyilir.