ABŞ Maliyyə Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Belarusdan olan 24 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
E-huquq.az xəbər verir ki, bu barədə TASS xəbər verir.
"Xarici Aktivlərə Nəzarət İdarəsi Belarusun işğala dəstəyi və köməyinə görə 24 belarus fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edir", – agentliyin məlumatında deyilir.
Qeyd olunur ki, bir sıra müdafiə sənayesi müəssisələri, ölkənin müdafiə naziri Viktor Xrenin və Təhlükəsizlik Şurasının katibi, Baş Qərargahın keçmiş rəisi Aleksandr Volfoviç sanksiyalara məruz qalıb.
