Məzmuna keç

Kiyevdə raket qalıqlarının düşməsi nəticəsində yaşayış binasında yanğın baş verdiyi bildirilir

Kiyevdə yaşayış binasına raket qalıqları düşməsi nəticəsində, ilkin məlumata görə, biri ağır olmaqla 3 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko Telegram-kanalında bildirib.

"Təcili yardım maşınları insanları xəstəxanalara aparır. Hadisə yerində bütün lazımi qəza-xilasetmə qüvvələri işləyir. Ev yanır, çökmə təhlükəsi var", – V. Kliçko bildirib.