Ukraynada Rusiya qoşunlarına məxsus tankın mülki şəxsin avtomobilinin üzərindən keçdiyi iddia edilir.
E-huquq.az Ukrayna teleqram kanallarına istinadən xəbər verir ki, hadisə Kiyevin şimalında Obolon adlı bölgədə baş verib.
Videogörüntülərdən ətrafdakıların avtomobil sürücüsünü xilas etməyə çalışdıqları görünür. Yaşlı sürücü insidentdən sağ olaraq xilas olub.
