Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putini Ukraynada gərginliyin azaldılmasını müzakirə etmək üçün Türkiyəyə dəvət edib.
Bu barədə e-huquq.az “TGRT Haber”ə istinadən xəbər verir.
“Türkiyə sülhün tərəfdarıdır. Cənab Putinlə telefon danışığında vəziyyəti normallaşdırmaq üçün onu Türkiyəyə dəvət etdim”, – Ərdoğan deyib.
