Rusiya Ordusunun Mərkəzi Hərbi Dairəsinin Oleysk şəhərindəki 35-ci motoatıcı briqadasının tank batalyonunun komandiri mayor Leonid Petroviç Şçetkin əsir götürülüb.
E-huquq.az xəbər verir ki, bu barədə “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.
"Kazan Hərbi Tank Məktəbinin məzunu. Ailəlidir, iki övladı var. Onun tankı Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub, möcüzə nəticəsində sağ qalıb", – məlumatda deyilir.



