Məzmuna keç

“İlham Əliyev və Ərdoğan danışıqlar üçün kömək edəcəklərini dedilər” –

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasında danışıqlar üçün kömək edəcəklərini dedilər”.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident qeyd edib ki, Ukrayna ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacaq.

"Biz layiqli cavab veririk. Əminəm ki, bunu xəbərlərdə görürsünüz. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, – Zelenski bildirib.