Dünən axşam saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb
Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.
***
00:47
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinin telefon danışığı olub.
E-huquq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar regional və aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, liderlərin söhbətində Ukraynadakı vəziyyət gündəmdə olub.
