Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölən və yaralananların sayını açıqlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın hücumları nəticəsində 14-ü uşaq olmaqla 352 mülki şəxs həlak olub.
Nazirlik həmçinin hücumlarda 116-sı uşaq olmaqla 1684 nəfərin yaralandığını bildirib.
