Məzmuna keç

Ukrayna Avropa İttifaqına üzvlük üçün müraciət etdi

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Avropa İttifaqından yeni xüsusi prosedura əsasən dərhal üzv olmağı xahiş edir.

E-huquq.az xəbər veir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində məlumat verib.

“Biz Avropa İttifaqına Ukraynanın yeni xüsusi prosedur əsasında dərhal qoşulması ilə bağlı müraciət edirik”, – dövlət başçısı vurğulayıb.

V.Zelenski qeyd edib ki, Ukrayna bizim tərəfimizdə olduğuna görə tərəfdaşlarına minnətdardır:

“Amma bizim məqsədimiz bütün avropalılarla birgə olmaq və ən əsası bərabər səviyyədə olmaqdır”.

Dövlət başçısı bunun ədalətli olduğuna əmindir: “Əminəm ki, biz buna layiqik. Əminəm ki, bütün bunlar mümkündür”.