Məzmuna keç

NATO-nun Baş katibi: “Ukraynaya dəstəyimizi artırırıq”

NATO-nun Baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə Alyansın rəhbəri tviter hesabında yazıb.

“Ukrayna xalqının cəsarətini təqdir etdim. NATO müttəfiqləri tank əleyhinə silahlar, həmçinin humanitar və maliyyə yardımı ilə dəstəyi artırır”, – deyə paylaşımda bildirilib.