Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi hərbi əməliyyatlar səbəbindən 422 minədək şəxs ölkəni tərk edib.
E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Laura Padoan "Twitter" səhifəsində yazıb.
O bildirib ki, BMT QAK ölkəni tərk etmiş insanları qaçqın kimi hesab edir.
Padoan hazırda 100 mindən çox insanın Ukrayna daxilində köçkün vəziyyətinə düşdüyünü deyib.
"Ukraynada insanların qatarlara minməsinin qarşısının alınması ilə bağlı məlumatlar var və biz bu hesabatları araşdırırıq", – deyə o əlavə edib.
Rəşid Qarayev
