Məzmuna keç

Xarkov “Qrad” atəşinə tutuldu, onlarla ölən var

Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.

E-huquq.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.

Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

“Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb.