Məzmuna keç

Müharibədə Rusiyanı hansı ölkələr dəstəkləyir? –

Ukraynada rus qoşunlarının davam edən hücumlarına cavab olaraq bir çox ölkələr Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Lakin bu savaşda Rusiyanı dəstəkləyən dövlətlər də var.

Belə ki, Belarus müharibənin ilk günlərindən Rusiyanın dəstəkçisi kimi çıxış edir.

Kuba Prezidenti Miqel Diaz-Kanel da Rusiyanı müharibədə dəstəklədiklərini bildirib.

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa dövlət televiziyasına açıqlamasında Putinin yanında olduqlarını bildirərək, “Məntiqi olaraq DXC və LXC-nin təhlükəsizliyi üçün hərbi kömək lazımdır”, – vurğulayıb

Müharibənin əvvəlindən Rusiyaya dəstəyini ifadə edən Çin baş verən hadisələrdə ABŞ və Qərbi günahlandırır.

Hər zaman Moskvaya yaxınlığı ilə bilinən Hindistan müharibədə də Rusiyanı dəstəkləyir.

İran açıq şəkildə mövqeyini bəlli etməsə də, açıqlamalar zamanı Qərbin məsələnin bu həddə çatmasında günahkar olduğuna işarə edir.

Şimali Koreya rəhbərliyi də ABŞ-ı günahlandıraraq Rusiyaya dəstəyini ifadə edib.

Bəşər Əsəd rejimi DXR və LXR-in müstəqilliyini dəstəklədiyini bildirib və Rusiyanın son addımını “Dünyada sülhünü müdafiə etməyə doğru bir addım” adlandırıb.

Birləşmiş Ərəb Əmirlikləri Vaşinqtonun Orta Şərqdəki ən vacib müttəfiqlərindən biri olaraq bilinsə də, BMT-nin Rusiyanın işğalı dayandırmasını tələb edən qərarına bitərəf səs verərək təəccübə səbəb olub. Rusiyaya açıq şəkildə dəstəyini ifadə etməsə də, BƏƏ biitərəf mövqedən çıxış edib.

Gülyetər Mahmudova