Məzmuna keç

Məhkəmə general-mayor Nizami Məmmədov barəsində qərar verdi

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsini rəisi, general-mayor Nizami Məmmədovun barəsində həbs qəti imkan tədbirinin seçilməsi üçün istintaq orqanının vəsatətinə baxılıb.

E-huquq.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə istintaq orqanının vəsatəti təmin edilib. N.Məmmədovun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Nizami Məmmədov 80 milyon manatdan artıq mənimsəmədə təqsirləndirilir.

O, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə çərcivəsində saxlanılıb.