Məzmuna keç

Putin: “İstənilən halda Ukraynada xüsusi hərbi əməliyyat tapşırıqları yerinə yetiriləcək”

Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

E-huquq.az xəbər verir ki, onların danışığı 1,5 saat çəkib.

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Putin Makronla üçüncü dəfə danışıb. Rusiya prezidenti fransalı həmkarının Ukrayna ilə bağlı müraciətini təfərrüatı ilə şərh edərək, səslənən bir çox tezislərlə razılaşmayıb. Ölkəsinin mövqeyini çatdırıb: Ukraynanın demilitarizasiyası (hərbsizləşdirilməsi), neytral statusu, Ukrayna ərazisindən heç vaxt Rusiyaya təhlükə yaranmaması. Vladimir Putin Emmanuel Makronu Ukraynadan əcnəbilərin təhlükəsiz evakuasiyasının təmin edilməsində iştiraka çağırıb. Fransa dövlət başçısı Kiyevlə belə bir tədbir görmək niyyətində olduğunu deyib.

Makron daha sonra Ukrayna lideri Volodimir Zelenski ilə danışıb.