ABŞ 19 Rusiyalı iş adamı və onlarla əlaqəli 47 şəxsə, həmçinin Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata əsasən, sanksiyalar siyahısına D.Peskovdan əlavə, Nikolay Tokarev, Boris Rotenberq, Arkadi Rotenberqlər Sergey Çemezov, İqor Şuvalov, Evgeni Priqojin və Alişer Usmanov da daxil edilib. Bəzi hallarda sanksiyalar adıçəkilən şəxslərin ailələrinə və mülklərinə də tətbiq edilib.
Həmçinin bildirilir ki, ABŞ “dezinformasiya yaymağa” görə Rusiya və Ukraynadan olan 7 Rusiya təşkilatına və onlarla əlaqəli olan 26 şəxsə sanksiyalar tətbiq edir.
Eyni zamanda sanksiyalar siyahısına Alişer Usmanovun yaxtası və təyyarəsi də daxil edilib.
