Məzmuna keç

Putin dünyaya çağırış etdi

Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrə çağırış edib.

E-huquq.az CNN Türk-ə istinadən xəbər verir ki, Putin Rusiya ilə münasibətləri normallaşdırmağa çağırıb.

O bildirib ki, Rusiyanın vəziyyəti gərginləşdirmək niyyəti yoxdur: "Biz mövcud vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq edirik. Bütün öhdəliklərimizi yerinə yetiririk. Rusiya sadəcə digər ölkələrin mənfi hərəkətlərinə cavab verir. Münasibətləri normallaşdırmaq, əməkdaşlıq etmək lazımdır".

Dövlət başçısı digər ölkələr qarşısında iqtisadi öhdəliklərini yerinə yetirdiklərini də vurğulayıb.