Məzmuna keç

Ukraynada həlak olan dinc sakinlərin sayı açıqlandı

Rusiyanın hücumundan sonra Ukraynanın dinc əhalisi arasında qurbanların sayı hər gün artır.

E-huquq.az xəbər verir ki, BMT-nin yaydığı növbəti hesabata əsasən, müharibənin doqquzuncu günündə azı 331 mülki şəxs həlak olub, daha 675 nəfər yaralanıb.

Ölən 331 nəfərdən 19-u uşaqdır. Agentliyin məlumatına görə, qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket sistemlərinin buraxılması, raket və hava zərbələri nəticəsində ölüb.