Məzmuna keç

Ukrayna MN son vəziyyətlə bağlı məlumat yaydı

Ukrayna Müdafiə Nazirliyi (MN) müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb.

E-huquq.az xəbər verir ki, məlumatda qızğın döyüşlərin getdiyi bildirilib:

“Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar”.

Qeyd edilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarını, xəstəxanaları, bağçaları hədəf alır.

“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, – məlumatda bildirilib.