Məzmuna keç

Ukraynanın iki şəhərində müvəqqəti atəşkəs elan olundu –

Ukrayna Prezident Ofisi ölkənin Mariupol və Volnovaxi şəhərlərində müvəqqəti atəşkəsin elan olunması və humanitar dəhlizlərin açılması barədə məlumat yayıb.

E-huquq.az xəbər verir ki, Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hazırda bununla bağlı işlər görülür.

“Mariupol və Volnovaxidə humanitar dəhlizlərin açılmasına hazırlıq görülür. Tərəflər dəhlzilər olan yerdə müvəqqəti atəşkəs elan edib”, – o söyləyib.

*** 10:43

Bu gün Moskva vaxtı ilə səhər saat 10:00-dan (Bakı vaxtı ilə saat 11.00-dan) etibarən Rusiya tərəfi Ukraynada sükut rejimi elan edir və mülki əhalinin Mariupol, Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır.

E-huquq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, humanitar dəhlizlər və çıxış yolları Ukrayna tərəfi ilə razılaşdırılıb.