Məzmuna keç

Putin NATO-ya xəbərdarlıq etdi

"Rusiya digər ölkələrin Ukrayna səmasını bağlamasını hərbi əməliyyatlarda iştirak kimi qiymətləndirəcək".

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Ukraynanın NATO-ya üzv olmaması üçün ona neytral statusun verilməlidir: "Ukraynanın NATO-ya üzv qəbul edilməsinin nələrə səbəb olacağını düşünürsünüzmü? Ukrayna NATO ölkəsi olsa və Krımı qaytarmağa cəhd etsə, gərək onda Rusiya NATO ilə döyüşsün".

Putin qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən saksiyalar müharibə elanına bənzəyir.

"Ukrayna indi nüvə silahı əldə etməkdən danışır. Biz buna göz yuma bilmərik. Əgər, nüvə silahı əldə etsələr, okeanın o başından kömək edəcəklər ki, o silah bizə qarşı istifadə edilsin", – deyə Rusiya Prezidenti bildirib.