Məzmuna keç

Ukraynada sükut rejimi elan olundu

Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putindən xahişi ilə Rusiya Silahlı Qüvvələri yerli vaxtla saat 10:00-dan (Bakı vaxtı ilə saat 11:00) sükut rejimi elan edir və Kiyev, Mariupol, Xarkov və Sumıdan humanitar koridorları açır.

Bu barədə e-huquq.az “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiya Humanitar Qərargahı Ukrayna tərəfindən humanitar dəhlizlərin yaradılması və dinc sakinlərin və xarici vətəndaşların çıxarılmasını təmin etmək üçün şərtlərin yerinə yetirilməsini tələb edib.