Məzmuna keç

Rus hərbçilər əcnəbi jurnalisti yaraladı

Rusiya hərbçiləri Nikolayev vilayətində hərbi əməliyyatları işıqlandıran İsveçrə vətəndaşlığı olan jurnalistin avtomobilini atəşə tutublar.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib.

“İsveçrə vətəndaşı, müstəqil jurnalist Guillaume Briquet Nikolayev vilayəti ərazisində işğalçının hərbi əməliyyatlarını işıqlandırıb. Martın 6-da Nikolayev istiqamətində hərəkətdə olarkən onun “press” yazılmış zirehli maşını rus hərbçiləri tərəfindən atəşə tutulub. Jurnalist xəsarət alıb”, – Denisova bildirib.

O, əlavə edib ki, rusiyalı işğalçılar maşını saxladıqdan sonra jurnalistin sənədlərini, pullarını, foto və video avadanlıqlarını, noutbukunu və digər qiymətli əşyalarını alıblar. Yaralı jurnalist Ukrayna polisinin nəzarət-buraxılış məntəqəsinə gedə bilib, oradan da tibb müəssisəsinə aparılıb və müalicə olunub.