BMT Rusiyanın Müdafiə Nazirliyi ilə Ukraynada dinc əhalinin çıxması və humanitar yardımın çatdırılması üçün humanitar dəhlizləri müzakirə etmək üçün Rusiyaya ekspertlər göndərib.
E-huquq.az xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.
Qeyd olunub ki, ekspertlər Rusiya hərbçiləri ilə birlikdə BMT-nin humanitar əməliyyatlarını genişləndirmək məqsədilə mülki şəxslərlə hərbçilər arasında koordinasiyanı yaxşılaşdırmaq üçün çalışacaqlar.
