“Rusiyada anlaşılmazlıq olmasın deyə bildirək ki, 130 təyyarəmiz, uzaq şimaldan Aralıq dənizinədək 200-dən çox gəmimiz, minlərlə əlavə qoşun yüksək hazırlıq vəziyyətindədir”.
E-huquq.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“NATO-nun məsuliyyəti gərginliyin və münaqişənin Ukrayna sərhədlərini aşmasının qarşısını almaqdan ibarətdir”, – Baş katib qeyd edib.
