Məzmuna keç

Ukraynada doğum evinə aviahücum zamanı 17 nəfər xəsarət aldı

Rusiya hərbçilərinin Ukraynanın Mariupol şəhərinin doğum evinə endirdiyi hava zərbəsi nəticəsində 17 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Donetsk hərbi-mülki administrasiyasının rəhbəri Pavel Kirilenko “UAraz” telekanalının efirində bildirib.

“Hazırda Mariupol şəhər 2 saylı doğum evinə endirilmiş aviazərbə nəticəsində xəsarət alanların sayı 17 nəfərdir, tibb işçiləri və doğuş keçirən qadınlar arasında xəsarət alanlar var”, – o qeyd edib.

Pavel Kirilenko bildirib ki, çərşənbə günü səhər, martın 9-na olan məlumata görə, Mariupolda mülki əhali arasında ölüm sayı 1 207 nəfərdir.

O, hava hücumunun "sükut" rejimi dövründə həyata keçirildiyini vurğulayıb.