Məzmuna keç

Ərdoğan və Bayden martın 10-da telefon danışığı aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden telefon danışığı aparacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, danışıqlar martın 10-da Bakı vaxtilə saat 19:30-da baş tutacaq.

Hələlik danışıqların mövzusu açıqlanmır.