Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı məlumat yayıb.
Məlumata görə, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.
"Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir", – məlumatda deyilir.
