Rusiya hərbçiləri atəşkəs rejiminə əməl etməyərək İzyum şəhərində əhalinin təxliyəsini pozub.
E-huquq.az xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
"Biz 20 avtobus və lazım olan hər şeyi hazırladıq. "Yaşıl dəhliz" yaradıldı, lakin rusiyalı hərbçilər tərəfindən atəşkəs pozuldu", – o deyib.
Sinequbovun sözlərinə görə, hazırda şəhərdə vəziyyət ağırdır.
Qeyd edək ki, bu gün İzyumda psixo-nevroloji internat məktəbi atəşə tutulub.
