Məzmuna keç

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Bərdədə keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bərdə rayonunda təşkil olunacaq.

E-huquq.az-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, Birliyin rəhbər şəxsləri Bərdə rayonu, H.Əliyev prospekti, YAP Bərdə rayon təşkilatının inzibati binasında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” martın 16-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.