Məzmuna keç

Türkiyədə güclü yağışlarla bağlı sarı xəbərdarlıq edildi

Türkiyənin Marmara bölgəsinin qərbində və Egey dənizinin sahilyanı ərazilərində gözlənilən güclü yağışlarla əlaqədar 7 vilayət üçün sarı kodlu xəbərdarlıq elan olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi (MGM) məlumat yyaıb.

Məlumata əsasən, bir sıra bölgələrdə leysan yağacağı, şimşək şimşək çaxacağı proqnozlaşdırılır.

Yağıntıların Marmara bölgəsinin qərbində, Egey dənizinin sahilyanı ərazilərində və Antalya ətrafında intensiv olacağı gözlənilir.

Proqnoza görə, Marmara, Egey, Qərbi Aralıq dənizi, Mərkəzi Anadolunun şimalı, Qərbi Qara dəniz, Şərqi Anadolunun cənubu və Tokat ətrafında leysan xarakterli yağışlar müşahidə ediləcək.

Küləyin əsasən cənub və şərq istiqamətlərindən zəif, bəzi yerlərdə isə mülayim sürətlə əsəcəyi bildirilir.

Şəbnəm Mehdizadə