Müharibə başlayandan indiyədək Kiyevdə 228 nəfər ölüb
Rusiya hərbçilərinin Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan indiyədək Kiyevdə 228 nəfər həlak olub.
E-huquq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası teleqram kanalında bildirib.
Qeyd edilir ki, ölənlərdən 4-ü uşaqdır.
Həmçinin 16-sı uşaq olmaqla 912 nəfər xəsarət alıb.

