Məzmuna keç

Aİ XİN rəhbərləri və müdafiə nazirləri Avropa İttifaqının ilk müdafiə konsepsiyasını təsdiqləyiblər

Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirləri Aİ-nin tarixində ilk dəfə iki ildən artıqdır hazırlanan "Aİ-nin Strateji Kompası" müdafiə konsepsiyasını təsdiqləyiblər.

E-huquq.az xəbər verir ki, bu barədə "TASS"a diplomatik mənbə xəbər verib.

Məlumata əsasən, "Aİ-nin Strateji Kompası" xüsusilə Avropa İttifaqı tərəfindən sayı 5 min nəfərə qədər olan Çevik Hərəkat Dəstəsinin yaradılmasını nəzərdə tutur.

Sözügedən konsepsiyanın yekun qəbulu Aİ-nin martın 24-25-də keçiriləcək sammitində baş tutacaq.